​SENSASİON İDDİA: İcra başçısı kimə 100 min yollayıb?

Göyda 9 nəfərlik ailəni çörəksiz qoyan icra başçısı Mehdi Səlimzadə ötən həftənin ikincisi olub... 

Baxış sayı:
19738

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Rəcəb Babaşov
Beləlkilə, 01-06 avqust 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Havay adalarında istirahət edən İCRA BAŞÇISI - ŞOK İDDİALAR”, “Rəcəb Babaşov kimə 100 min yollayıb? - İDDİA”, “Son Dəqiqə! Bu icra başçılarına YAXŞI YOL - Dİ gedin!” başlıqlı 3 məqalənin 5 sayıtda yayılması ilə Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tutur.

Mehdi Səlimzadə
Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci  yeri “'"İcra başçısı "avtomobillərin təmiri sexi"-mizi dağıdıb" - Göycaydan şikayət var”, “Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bir ailəni intihar həddinə çatdırıb - ŞOK” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-cü yeri isə “Daha bir başçıdan GİLEY - Qanunsuz pulyığımı…” başlıqlı 1 məqalənin və “Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır"” başlıqlı məqalənin 3 elektron KİV-də yayılması ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və

Qəzənfər Ağayev 
Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bölüşür.

Rövşən Bağırov

Muxalifet.az