SENSASİON İDDİA: “Davudoğlunun quracağı partiyaya Ərdoğanın kürəkəni də…”

Baxış sayı:
6946

Keçmiş AKP funksionerlərinin qurmaq istədiyi yeni partiya ən azı bir ay ərzində elan ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Ahmet Takan deyib.
Ekspert keçmiş baş nazir Əhməd Davudoğlunun partiya quruculuğu işi üçün paytaxt Ankaraya gəldiyini və bunun hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində gərgin müzakirəyə səbəb olduğunu bildirib.
Ahmet Takan yeni partiya ətrafında gedən müzakirələrdə AKP-də təmsil olunan ağlagəlməz adların müzakirə edildiyini və bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakın adının hallandırıldığını bildirib:
“AKP daxilində “Ərdoğan bu qısqacdan yaxasını qurtara bilməyəcək” deyənlər də var. Digər yandan, Əhməd Davudoğlu və Abdullah Gül arasındakı buz da ərimək üzrədir. Hətta Davudoğlu Gülə yeni partiyanın liderliyini təklif edib, lakin Gül bu təklifdən imtina etsə də, partiya daxilində təklif olunan başqa bir vəzifəni tutmağa hazır olduğunu deyib. Əli Babacan da yeni partiyanın lideri olmaq istəmir”.
Politoloq qeyd edib ki, ən azı 1 ay ərzində qurulacaq partiyanın təşkilatlanma işini isə keçmiş nazirlərdən Bəşir Atalay həyata keçirir: “Abdullah Gül də Atalaya etibar edir və bu, Əhməd Davudoğlunun narazılığına səbəb olub. Yəni, gülçülər yeni partiya ilə siyasətə gəlmək istəyirlər. Abdullah Gül isə onun yanına gələn AKP yetkililərinin “Nə olacaq?” sualına, “Davudoğlunu izləyin” cavabını verib”.