SENSASİON GƏLİŞMƏ: Tramp qoşunların Suriyadan çıxarılmasını ləngitmək göstərişi verdi

Baxış sayı:
6430

Donald Tramp Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi kontingentinin Suriyadan çıxarılmasını ləngitmək barədə göstəriş verir.
 
«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, prezidentlə görüşdən sonra, bu barədə respublikaçı-senator Lindsi Qrem bəyan edib. Trampın özü isə bu barədə heç bir bəyanat verməyib.
 
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp qoşunların Suriyadan çıxarılması barədə qərarını elan etmişdi.
 
Prezident bu addımı bölgədə «İslam dövləti» qruplaşmasının darmadağın olunması və ABŞ qoşunlarının artıq öz missiyasını bitirmiş olduğu ilə izah etmişdi.
 
Prezidentin bu qərarı Birləşmiş Ştatlarda güclü etiraz dalğası doğurmuşdu.