SENSASİON AÇIQLAMA: Səudiyyə şahzadəsinin edam siyahısında 7 nəfər var

Baxış sayı:
6646

İstanbulda öldürülən Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın yaxın iş yoldaşı və dünyanın gündəmində olan Ömər Abdulaziz Ər-Riyadın başqa kimləri öldürəcəyini bildiyini iddia edib.
 
Son olaraq Qaşıqçı ilə Whatsapp yazışmalarının bir İsrail istehsalı proqram tərəfindən hackləndiyini  və bu ölkəyə qarşı məhkəmə iddiası qaldıracağını söyləyən Abdulaziz, əlində Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Qaşıqçı kimi öldürmək istədiyi şəxslərin siyahısının olduğunu bildirib.
Abdulaziz, "Əlimdə 7 nəfərlik bir siyahı var. Salmanın öldürmək istədiyi şəxslərdir. Bunlardan biri Camaldır. Biri də mənəm. Digər 5 adı açıqlamıram. Zamanı gələndə açıqlayacağam" deyib. Abdulaziz əvvəlki çıxışlarında Qaşıqçı-dan əvvəl özünün öldürülmək istədiyini, ancaq tələyə düşmədiyini söyləyib.
 
TRAMP SAĞMAĞA ÇALIŞIR
 
ABŞ prezidenti Donald Trampın Qaşıqçı hadisəsinə dair mövqeyini dəyərləndirən Ömər Abdulaziz, "Camal Qaşıqçı prezident Trampı və kürəkəni Kuşneri sevmirdi. Yəqin ki, Camalın nişanlısı Xədicə də buna görə Ağ Evin dəvətini qəbul etməmişdir. Bir baxın, Tramp necə də bin Salmanı müdafiə edir. ABŞ Səudiyyə Ərəbistanını inək kimi sağır. ABŞ və MKİ bu işin içində ola bilər" deyib.


 
36 DƏQİQƏLİK SƏSYAZMASI
 
Əbdüləziz əlində səsyazmasının olduğunu da iddia edib. Səsyazmasının kimlərə aid olduğu məsələsində də susqunluğunun hələlik davam edəcəyini bildirən Əbdüləziz, "Ancaq onu deyə bilərəm ki, səsyazmasındakı şəxslərdən biri 5 nəfərlik siyahıdakı şəxslərdən biridir. Digəri isə Səudiyyə kəşfiyyatındakı çox mühüm və tanınan bir şəxsdir. Qulaq asılanda hər kəsin səsindən asanlıqla tanıya biləcəyi bir şəxsdir" deyib.
 
HƏR GECƏ ÖLƏCƏYİMİ BİLƏRƏK YATIRAM
 
Baş verənlərin təsirini göstərdiyini ifadə edən Ömər Əbdüləziz, bu vəziyyətdən təsirləndiyini bildirib. Əbdüləziz "Hər gecə öləcəyimi bilərək yatıram" deyib. Əbdüləziz həmçinin Qaşıqçı üçün də mahnı yazdığını deyib.
Müxalifət.az