Şengen vizası bahalaşdı

Baxış sayı:
1873

Avropa İttifaqı Şurası viza rüsumunun (Şengen vizası) qiymətinin bahalaşması haqqında qərar qəbul edib. Muxalifet.az xəbər verir ki, Avropa İttifaqının 100-dən çox ölkənin vətəndaşlarına tətbiq etdiyi vizanın qiyməti 60 avrodan 80 avroya qaldırılıb. Bundan başqa, viza üçün müraciət səyahət etməzdən 6 ay öncə verilməlidir. Daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiqlənən qərar Avropa İttifaqının Rəsmi Qəzetində yayımlandıqdan 6 ay sonra qüvvəyə minəcək.