​Senator Trampı Stalinlə müqayisə etdi

Baxış sayı:
3322

ABŞ-ın respublikaçı senatoru Ceff Fleyk prezident Donald Trampı SSRİ lideri İosif Stalinlə müqayisə edib. Muxalifet.az xəbər verir ki, buna səbəb Trampın medianı “xalqın düşməni” adlandırması olub. O bildirib ki, SSRİ-də Stalin hakimiyyəti illərində bu ifadə işlədilsə də, sonradan Nikita Xruşşov onu qadağan etmişdi: “Tramp əvvəllər də “Saxta xəbər” (fake nyus) ifadəsini işlətməklə həqiqətlərdən qaçmaq istəyirdi”. Qeyd edək ki, Ağ Ev rəhbəri bir neçə media orqanı istisna olmaqla, digər bütün KİV-ləri yalan xəbər yaymaqda günahlandırıb.