Senator Makkeyndən İraq hökümətinə HƏDDİNİ AŞAN TƏHDİD

Arizona Ştatının senatoru respublikaçı Con Makkeyn İraq ordusuna Kərkük yaxınlığındakı peşmərgə qüvvələrinin yerləşdiyi nöqtələrə doğru irəliləməsini dərhal dayandırmağa çağırıb.
 
Müxalifət.az xəbər verir ki, Con Makkeyn İraqa Kərkük çağırışı etməklə əməliyyatın dərhal dayandırılmasını tələb edib.
 Makkeyn etdiyi yazılı açıqlamada Kərkükdə peşmərgə ilə İraq ordusu və Şiə milis qrupu Haşdi Şabi arasındakı qarşıdurma xəbərlərindən narahat olduğunu bildirib.
 
 IRAQ İRƏLİLƏMƏLƏRİNİ DƏRHAL DAYANDIRMALI, BUNUN ÇOX CİDDİ NƏTİCƏLƏRİ OLAR
 
Makkeyn xüsusi ilə İran və İran dəstəkli qüvvələrin də hücumda yer almasından narahat olduğunu bildirməklə bunları qeyd edib:
“İraq qüvvələri irəliləmələrini dərhal dayandıraraq bu təhlükəli gərginliyi azaltmaq üçün təcili addım atmalıdır. ABŞ, İraq hökumətinə xarici təhdidlərdən qorunmaq üçün silah və təlim verib, ABŞ-ın dəyərli bir müttəfiqi olan regional hökumətlərə qarşı istifadə etmək üçün deyil. Diqqət edin, Amerikan silahlarından sui-istifadə edilməsinin çox ciddi nəticələri olacaqdır".
 Makkeyn İraq baş naziri Heydər əl-ibadi ilə İraq Kürd Regional rəhbərliyinə dialoq çağırışı edərək, İraqdakı kürd xalqının Bağdaddan daha geniş bir muxtariyyət tələbinin uyğun zamanda müzakirə olunmasını istəyib.
Müxalifət.az