​SENATOR: ABŞ üçün əsas təhdid Rusiya deyil

Baxış sayı:
687

ABŞ-dakı seçki üçün əsas təhdid Rusiya yox, Çindir.
Muxalifət.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində amerikalı senator Mark Rubio söyləyib.
“ABŞ-ın seçki sisteminə əsas təhdid Rusiya yox, Çindir. Çin bizim istifadə etdiyimiz bu texnologiyalara daxil olmağı bacarıb. Rusiyanın bacardığı işlər Çinin bacardıqlarının yanında uşaq oyuncağıdır. Gələcəkdə bizim üçün böyük təhdid rusiyalılar yox, çinlilər olacaq. Onların imkanları da, pulları da çoxdur”, – deyə o bildirib.