​SENAT TRAMPIN NAMİZƏDİNİ DİNLƏYƏCƏK

Baxış sayı:
3043

ABŞ prezidentinin Senata Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyinin təsdiqlənməsi üçün etdiyi müraciətə aprelin 12-də baxılacaq.
Senatın Beynəlxalq Münasibətlər Komitəsi tərəfindən keçiriləcək dinləmələrdə namizəd kimi irəli sürülən Mayk Pompeo senatorların suallarına cavab verəcək, daha sonra isə komitə onun namizədliyinin təsdiqi üçün səsvermə keçirəcək. Komitənin səsverməsi bitdikdən sonra isə M.Pompeonun namizədliyinin təsdiqi üçün Senatın ümumi səsverməsi keçiriləcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Reks Tillersonu istefaya göndərərək onun yerinə bu vəzifəyə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun namizədliyini irəli sürüb. Mayk Pompeo İran və Rusiya əleyhinə kəskin siyasət yürüdülməsini dəstəkləyən ictimai fiqurlardan biridir.