​Senat Putin-Tramp görüşünə növbəti zərbə vurdu

Baxış sayı:
2443

Rusiya prezidentinin adına hansısa açıq aktivlərin olduğuna inanmıram.
Bu sözləri  Rusiyaya qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi qanun layihəsinə Rusiya Prezidenti Vladimir Putin haqqında bəndin daxil edilməsi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert sanksiyaların bütün hallarda Valdimir Putini olmasa da, onun yaxınlarını əhatə edə biləcəyini istisna etməyib:
“Sözügedən bənd fonunda Putinin yaxınlarının aktivlərinə qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər. Bu qərardan öncə Putin-Tramp görüşündə müəyyən nikbin notlar səsləndirilirdi və görüşdən sonra ikitərəfli münasibətlərdə dönüşün olacağı qeyd edilirdi. Ancaq Rusiyaya qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi qanun layihəsinə Putin haqqında bəndin daxil edilməsi bütün ümidləri puç etdi. Üstəlik, ABŞ və Rusiya prezidentlərinin qarşıda yeni görüşü də planlaşdırılırdı. Ancaq ABŞ tərəfindən bu cür addımlar növbəti görüşün reallaşmasını təhlükə altına salmaqla yanaşı, eyni zamanda, ikitərəfli münasibətlərdə dönüşün olmamasına dair bir mesajdır. Çünki belə vəziyyətdə nə münasibətlərdə, nə də qlobal siyasi mühitdə müsbətə doğru dəyişikliklərdən söhbət gedə bilər”.
Qeyd edək ki, qanun layihəsi qəbul ediləcəyi halda ABŞ Milli Kəşfiyyatı Vladimir Putinin maliyyə vəziyyəti, aktivləri haqqında məlumat toplamalı və 180 gün ərzində Konqresə təqdim etməli olacaq. Kəşfiyyat həmçinin Putinin qohumları, ona yaxın biznesmenlər və xarici siyasətçilər haqqında məlumat toplanılması da tapşırılacaq.