Senat Mayk Pompeonu DÖVLƏT KATİBİ VƏZİFƏSİNƏ TƏSDİQLƏDİ

Baxış sayı:
2428

ABŞ Senatının Xarici Əlaqələr Komissiyası, sabiq MKİ rəhbəri Mayk Pompeonun xarici işlər naziri vəzifəsinə  9-a qarşı 11 səslə təsdiq edib.
 
Daha əvvəl komissiyanın bütün üzvləri ilə bərabər, Respublikaçı senator Rand Pol da, Pompeonun təyinatına qarşı çıxırdı.
Komissiyadakı səsvermənin nəticəsini keçmişdə "Müdaxiləçi müharibələrin əleyhinəyəm" deyən Paulun son anda fikir dəyişdirərək Pompeo lehinə səs verməsi müəyyən edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, vəzifədən aldığı Reks Tillersonın yerinə Mayk Pompeoyu xarici işlər nazirliyinə namizəd göstərmişdi.
Pompeonun bu vəzifəyə başlaması üçün Senatın təsdiqindən keçməsi lazımdır. Senatın ümumi heyətində yekun səsvermənin tarixi hələ məlum deyil. Gözlənilən səsvermənin bu həftə içində olması qeyd olunur.
Pompeo, Senatın ümumi heyətinin də razılığını aldığı təqdirdə, cümə gününüdə keçirələcək NATO Xarici İşlər Nazirləri toplantısında ABŞ-ın xarici işlər naziri kimi qatılacaq.
 Qeyd edək ki, mart ayında gizlicə Şimali Koreyaya gedən Pompeo, ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Jong arasında ən erkən İyun ayının əvvəlində keçirilməsi gözlənilən görüşün hazırlıqlarını tamamladı.
 
BOLTON VAXTINDA RAZILIQ ALMAMIŞDI
 
Xatırladaq ki, Amerika Senatının Xarici Əlaqələr Komissiyası yüksək səviyyəli bir vəzifə təyinatına ən son keçmiş prezident Corc W. Buş dövründə qarşı çıxmışdı.
Corc W. Buş, Con Boltonu BMT daimi nümayəndəliyinə namizəd göstərsə də, Con Bolton Senat Xarici Əlaqələr Komissiyasından razılıq ala bilməmişdi. Tramp isə Boltonu Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi olaraq göndərib.
Müxalifət.az