Selena Qomez artıq instaqramda 1-ci deyil - ARDICILLIQ

Baxış sayı:
8689

İnstaqram paylaşım platformasında ən çox izləyicisini olan pop ulduz Selena Qomez birincilik kürsüsündən gedib. 

“Qafqazinfo” xəbər verir ki, onu məşhur futbolçu Kriştiano Ronaldo  əvəzləyib. Futbolçu 144 milyon 413 min 258 izləyici sayı ilə Selenanı (144 milyon 348 min 638) geridə qoyub. 

Üçüncü sırada müğənni Ariana Grande (132 milyon 385 min 554), dördüncü sırada TV ulduzu Kim Kardaşyan (120 milyon), beşinci sırada isə Beyons (119 milyon) qərarlaşıb.