Selcuk Bayraktar Bakıdadır - FOTOLAR

Baxış sayı:
1335

Pilotsuz Uçan Apratların tanınmış mütəxəssisi, əfsanəvi "Bayraktar" hərbi dronlarının yaradıcısı Selcuk Bayraktar Bakıdadır. Musavat.com xəbər verir ki, bu barədə S.Bayraktar özü sosial media hesabında məlumat paylaşıb.

Paylaşımı təqdim edirik:

“Hər kəsə Can Azərbaycandan salamlar!

Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin qəbri ilə Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun!

Qardaşlığımızın gözəl havasını birlikdə aldıq!

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

44 günlük Vətən müharibəsində ordumuzun qələbəsinə böyük dəstək olmuş "Bayraktar" dronlarının gənc yaradıcısı Azərbaycanda çox sevilir.