Sel və daşqınlar Ankaranı iflic etdi

Baxış sayı:
2845

İyunun 9-da axşam saatlarında Ankarada yağan güclü yağış sel və daşqına səbəb olub.
Muxalifet.az xəbər verir ki, əlverişsiz hava paytaxtın Etimesqut rayonunda böyük problemlər yaradıb.
Sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Rayon təsərrüfatının idarə olunması çətinləşib.
Ankara Böyükşəhər Bələdiyyəsi və Etimesgut rayon rəhbərliyi təsərrüfata dəyən zərərin aradan qaldırmaq üçün tədbirlərə başlayıb.