Şehiç “Qalatasaray”da?

Baxış sayı:
274

Ötən mövsüm “Qarabağ”dan ayrılaraq, Türkiyə Super Liqa təmsilçisi “Ərzurumspor”a keçən İbrahim Şehiç “Qalatasaray”ın transfer hədəfinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb. Məlumata görə, İstanbul klubu 30 yaşlı qapıçını əsas heyət üzvü olan Fernando Musleraya əvəzləyici olaraq, düşünür. Ərzurum klubunda maaş problemi yaşayan Bosniya və Herseqovina yığmasının üzvü ayrılığa hazırlaşır. Əgər bu baş versə, Şehiç “Qalatasaray”a keçə bilər.
Qeyd edək ki, İbrahim Şehiç 2013/18-ci illərdə “Qarabağ”da çıxış edib.