“Şefinizə söyləyin, adamlar işlərini bitirdi” – QAŞIQÇI CİNAYƏTİ

Baxış sayı:
4402

Camal Qaşıqçı sui-qəsdi üçün Türkiyəyə gələn 15 nəfərdən birinin cinayətdən qısa müddət sonra apardığı telefon danışığında, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq, "Şefinizə söyləyin, adamlar işlərini bitirdi" dediyi iddia edilib.
 
Amerikanın “The New York Times” (NYT) qəzeti, prezident Rəcəb Tayyib Ərdoğanın bəzi ölkələrə verdiklərini söylədiyi Camal Qaşıqçı cinayətilə bağlı Türkiyənin əlindəki dəlillər haqqında yeni bir iddia ortaya atıb.
Xəbərə görə, Qaşıqçını öldürmək üçün İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunun bir hissəsi olan və vəliəhd şahzadə Məhəmmədi mühüm xarici səfərlərində müşayiət edən Səudiyyə təhlükəsizlik rəsmisi Mahir Abdulaziz Mutreb, cinayətdən qısa müddət sonra Ərəbcə bir telefon danışığı aparıb.
Mutreb, telefon danışığında ad çəkmədən, "Şefinizə deyin, adamlar işlərini bitirdi" deyib.
 
İNKAR EDİLMƏZ BİR DƏLİL OLMAYA BİLƏR
 
Xəbərdə, Türk kəşfiyyat rəsmilərinin, Amerika kəşfiyyat rəsmilərinə sözügedən telefon danışığındakı “patron" ifadəsi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın nəzərdə tutulduğuna, Mutrebin danışdığı adamın isə bin Salmanın müavinlərindən biri olduğuna inandıqlarını dediyi irəli sürülüb.
Türk rəsmiləri həmin səs yazısında şahzadə Məhəmməddən dəqiq bir şəkildə bəhs edilmədiyini qeyd edərkən, Amerikan kəşfiyyat rəsmiləri yenə də bu səsyazmanın vəliəhd şahzadənin Qaşıqçı qətlilə əlaqəsi mövzusunda "inkar edilməz bir dəlil ola bilməyəcəyinə" diqqəti çəkib.
Müxalifət.az