Seçkini uduzan Poroşenkodan təəccübləndirən vida

Baxış sayı:
10621

 Ukraynadakı prezident seçkisində məğlub olan Pyotr Poroşenko həyat yoldaşı Marina Poroşenko ilə birlikdə balkona çıxaraq xalqı kamera ilə çəkib.
 
Ukraynada məşhur aktyor Vladimir Zelenskiyə məğlub olan hazırkı dövlət başçısı Pyotr Poroşenko həyat yoldaşı Marina Poroşenko ilə prezident iqamətgahından xalqa müraciət edib.
Əlindəki kamerayla da xalqı videoya çəkən Poroşenko, "Buraya bu qədər insanın gəlməsi nə xoşdur. Sizin bu gözəl qəlbiniz, dəstək verən sözləriniz və isti üzünüz mənə güc verir. Siz gözəlsiniz" deyə xalqa xitab edib.
Ukraynada prezident seçkilərində 39 namizəd arasından ikinci tura qalmağı bacaran mövcud dövlət başçısı Pyotr Poroşenko və məşhur gülüş ustası Vladimir Zelenskiy arasında keçirilən seçkidə, Zelenskiy 12 milyon 759 min 550 səs ilə ümumi səslərin 73 faizini alaraq qalib olub. Poroşenko isə 4 milyon 200 min səs ilə seçkidə uduzub.
Müxalifət.az