​SEÇKİNİ HÖKUMƏT PARTİYALARI UDDU

Baxış sayı:
2404

Macarıstanda aprelin 8-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim koalisiya önə çıxıb. Vətəndaş İttifaqı və Xristian Demokrat Xalq partiyalarının daxil olduğu bu koalisiya 48,6 faiz səs toplayaraq 199 yerlik parlamentdə 133 yerə sahib çıxıb. Bu, hakim koalisiyaya hökumət qurmaq hüququ verir.
İfrat sağ mövqedə dayanan Yobbik Partiyası seçki yarışını 20 faiz səslə ikinci yerdə tamamlayıb.
Üçüncü yeri Sosialist Partiyası və müttəfiqlərindən ibarət blok tutub.