Seçkilərlə bağlı PKK-dan şok anons

Baxış sayı:
4120

AK Partiya sədrinin müavini Mahir Ünal Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı PKK-nın simsiz rabitədən şok elanlar bəyan etdiyini açıqlayıb.
 
Türkiyə prezidenti Ərdoğanın səs itirməsi üçün bütün güclərin ciddi fəaliyyət göstərdiyinə diqət çəkən Ünal, bu sözləri söyləyib: "PKK-lılar simsiz rabitədən, 'MHP ve AK Partiyanın məğlub olması üçün CHP, HDP, İyi Partiya ve “Səadət” Partiyası ittifaq qurmalıdır' deyə anons verirlər. PKK-lılar 'Bütün güclər birləşməlidir' deyə fasilə anonslar edirlər. İndi mən sizdən soruşuram. Bu CHP, İYİ Partiya ve Səadət başındakı şəxslərin ünvanınna tənqidi fikirlər söylədiyini eşitdinizmi? FETÖ-nun əleyhinə danışdığını eşitdinizmi? Türkiyə düşmənlərinin əleyhinə çıxış etdiklərini eşitdinizmi? Bəs kimin əleyhinə danışırlar, Ərdoğanın əleyhinə danışırlar, AK Partini tənqid edirlər. Bəs bunun əvəzində biz nə edəcəyik? Biz də millətimizi yanımıza alıb, 2023-ə, 2053-ə yürüməyə davam edəcəyik".
Müxalifət.az