“Seçki təzədən keçirilsə İstanbulda qalib gələcəyik” - Ərdoğan

Baxış sayı:
4033

Siyasi kuluarlarda İstanbul seçkilərinin yenilənməsinin AK Partiya üçün risq yaradacağı və CHP-nin məzlum rolunu oynayaraq daha yüksək səs ala biləcəyi iddiaları gündəm yaratmağa davam edir. AK Partiya cəbhəsində də seçki yenilənməsi barəsində müxtəlif fikirlər səslənir. Seçkilərin yenilənməsinin baş verən iqtisadi sıxıntılar səbəbilə nəticə dəyişdirməyəcəyi görüşü ilə yanaşı, AK Partiyanın seçkilərdən uğur ilə çıxacağını düşünənlər də var.
 
Türkiyənin prezidenti Ərdoğan İstanbuldakı seçki ilə bunları söyləyib:
“Bəzi dostlar seçkilər yenidən keçirilərsə, AK Partiyanın daha pis səs alacağını və ya məğlub olacağını düşünür, amma mən bununla razı deyiləm. 2015 iyun seçkilərini xatırlayın. O prosesdə partiya daxilindən bir çox şəxs də daxil, seçkinin yenilənməsini istəməmiş, koalisiyayla yola davam edəcəyinin daha doğru olacağını dilə gətirmişdi. Amma mən o gün də xalqın reaksiyasını görmüşdüm. Yəni seçki olsa, tək başımıza hakimiyyət olacağımız görünürdü. Bu gün də İstanbulda eyni şeyi görürəm. Seçki təkrarlanarsa, seçkilərdə qalib gələcəyimizə yüz faiz inanıram".
Müxalifət.az