​Seçki tarixi bəlli oldu: Paşinyan komediya aktyorunu namizəd etdi

Baxış sayı:
1711

İrəvanın Ağsaqqallar Şurasına (Şəhər Şurası) seçkilər sentyabrın 23-də baş tutacaq.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan danışıb.
Məlumata görə, avqustun 29-na qədər partiyalar öz namizədlərini qeydiyyatdan keçirə bilər, sentyabrın 10-dan etibarən isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq.
Seçkilərin işıqlandırılması üçün mətbuat nümayəndələri sentyabrın 8-nə kimi qeydiyyatdan keçməlidir. MSK isə sentyabrın 30-na qədər səsləri saymalı və rəsmi nəticələri elan etməlidir.
Şəhər meri postuna baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasından komediya aktyoru Ayk Marutyanın namizədliyi irəli sürüləcək. İkinci namizəd isə "Tsarukyan" parlament fraksiyasından deputat Naira Zoqrabyandır.
Xatırladaq ki, Yerevanın sabiq meri Taron Marqaryan iyulun 9-da vəzifəsindən imtina edib. Daha əvvəl paytaxtda onun istefası tələbi ilə etiraz aksiyası keçirilmişdi.