Seçki komissiyalarında təmsil olunan MÜƏLLİMLƏRDƏN ETİRAZ - “Sumaqayıt Regional Təhsil İdarəsi maaşımızı kəsib”

Baxış sayı:
8506

Sumqayıt şəhər sakini, müəllimə İsaqova Ofelya tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şəhərin seçki komissiyalarında təmsil olunan çoxsaylı müəllimləri adından Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır: “Hər bir sahədə olduğu kimi biz müəllimlər ölkəmizin ictimai, siyasi həyatında da mühüm rol oyanayıb, dövlətimizin inkiaşfına dəstək oluruq. Cənab Prezidentimiz hər zaman biz müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşmış, bizim rifahımızın güclənməsi üçün bir çox Sərəncamlar vermişdir. Sumqayıt Regional Təhsil İdarəsi Seçki Komissiyalarının işinə cəlb edilmiş müəllimlərin əmək haqlarını qanunsuz surətdə kəsmişdir. 23 dekabr 2019-cu ildə keçiriləcək Bələdiyyə Seçkiləri ilə bağlı Seçki Dairələrinin müvafiq arayışları əsasında seçki məntəqəsinin üzvü olan müəllimlər 2019-cu ilin 21 oktyabrından 24 dekabr tarixinidək əmək haqları saxlanmaqla işdən azad edilib. Bu arayışda orta əmək haqqı deyil, əmək haqqı termini qeyd edilməsinə baxmayaraq, Sumaqayıt Regional Təhsil İdarəsi işçilərin hüquqlarını pozub biz müəllimlərin orta aylıq əmək haqqını qəsdən 12 ayı nəzərə almaqla hesablayıb maaşımızı kəsmişdir. Bununla bağlı bizi qəbul edən baş məsləhətçi Camal müəllim bunu bildirdi : “sizdə günah yoxdur, günah siz müəllimləri seçkiyə cəlb edənlərdədir, seçkidə iştirak edən müəllimlər zəhmət çəkib dərslərini də keçsinlər, büdcədə pul yoxdur, buna əməl etməyən müəllimlər işdən azd ediləcək” Müəllimlərin bir qismi işlədikləri məktəbdən xeyli kənarda yerləşən seçki məntəqələrində işə cəlb edilib. Bu insan həm seçkidə işləyib həm də dərsini necə deyə bilər ? Əvvəla biz arayış əsasında işdən azad edilmişik, sonrası da bizim buna fiziki imkanımız da çatmaz. Bu şəxs özbaşınalıq edərək kreslosuna, gəlir mənbəyi kimi yanaşır ?! Seçkiyə cəlb edilən müəllimlərin maaşlarını kəsib, məntəqələri özbaşına tərk edərək dərs deməyə məcbur edən Camal müəllim seçki prosesinə mane olmaqla nəyə nail olmaq istəyir, biz bilmirik. Bir məmur nə qədər harınlaşmalıdır ki, seçkilərə gedən müəllimləri məcburi dərs deməyə məcbur edə ? Seçki məntəqələrində təmsil olunan tibb işçilərinin maaşları kəsilməyib onlara məntəqələri tərk etmək göstərişi də verilməyib. Sizdən xahiş edirik əmək haqlarımızın yenidən, düzgün və Qanuni əsaslara uyğun qaydada hesablanması, düzəliş olunması və müəllimləri seçki məntəqələrini özbaşına tərk etməyə məcnbur edən Camal müəllim kimi özbaşına məmurların cəzalandırılması üçün müvafiq strukturlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə təşəkkür edirik”. Muxalifet.az Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.