“Seçki hələ bitməyib…” – Moskva qalibləri təbrik etməyəcək

Baxış sayı:
7495

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə şərh verməkdən imtina edib. Peskov deyib ki, ikinci turun nəticələrini gözləmək daha məqsədəuyğundur.
Prezidentin sözçüsü birinci turun qaliblərini təbrik etmək fikrində olmadıqlarını əlavə edib: “Hələ ki, hansısa rəsmi açıqlama vermək doğru deyil. Hələ seçki bitməyib, ikinci tur keçirilməyincə, qalib məlum olmayınca bu barədə danışmaq tezdir…”
Əvəzində Rusiya rəsmisi birinci turun qalibi V.Zelenskinin Rusiya ilə bağlı fikirlərinə cavab verib.
Xatırladaq ki, Zelenski Rusiyanın Krımın işğalı və Donbasdakı separatizmə dəstəyinə görə Ukraynaya kompensasiya ödəməli olduğunu deyib. Peskov bildirib ki, “Krım beynəlxalq hüquq normalarına uyğun olaraq” Rusiyaya birləşdirilib, Donbasdakı hadisələrdə isə Rusiyanın əli yoxdur və orada baş verənlər Ukraynanın apardığı siyasətin nəticəsidir./azpolitika