"Sədərək”də çıxan yanğında 5 nəfər ZƏHƏRLƏNİB

İyunun 10-da “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında 5 nəfər tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
 
Bu şəxslər 27 yaşlı Mehman Sarı oğlu Qasımov, 25 yaşlı Elçin Ağa oğlu Baloğlanov, 24 yaşlı Ceyhun Musaxan oğlu İsmayılov, 26 yaşlı Tural Hilal oğlu Əhmədov və 25 yaşlı Mələk Zeynal qızı Əliyevadır. Adıçəkilən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, iyunun 10-da “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib./apa.az