“Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO

Baxış sayı:
9285

Axşam saatlarından yağan güclü yağış paytaxtı sel-su altında qoyub.
Yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonudur.
Muxalifet.az xəbər verir ki, vətəndaşların baku.ws-in "qaynar xətti”nə verdikləri məlumata görə, Lökbatanda yerləşən "Sədərək” ticarət mərkəzi su altında qalıb.Su mağazalara dolub. Dükan sahibləri, satıcılar mağalara və anbarlara dolan suyu təmziləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər.