SDQ/PYD/PKK-nın mətbuat katibi təşkilatdan ayrıldı - Türkiyə tərəfinə keçdiyi deyilir

Muxalifət.az xəbər verir ki, PKK terror təşkilatının lideri olduğu Suriya Demokratik Qüvvələrinin mətbuat katiblərindən olan Talal Silo təşkilatdan ayrılıb.
Suriyada ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin mətbuat katiblərindən olan Talal Silo təşkilatdan ayrılıb. Silonun terror təşkilatını hansı səbəbdən tərk elədiyi hələlik bəlli deyil. SDQ-nin əsas özəyini PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin Suriya qanadı olan YPG təşkil edir.
BBC-nin müxbiri olan Riam Dalati Silonun Türkiyə-Suriya sərhədində olduğunu söyləyib. “Tvitter”də yayılan paylaşmalarda Silonun “Fərat qalxanı” ərazisinə sığındığı deyilir. Başqa bir versiyada isə MİT-ə (Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı) təslim olan Silonun Türkiyəyə gətirildiyi bildirilir. Sosial şəbəkələrdə Silonun təslim olduqdan sonrakı ilk fotosu da paylaşılıb.
 
YPG-nin keçmiş mətbuat katibi SDQ-yə təyin edildi
YPG-nin keçmiş mətbuat katibi olan Redur Xəlilin SDQ-nin xarici əlaqələr “şöbəsinə təyin edildiyi” xəbəri verilib. Bu təyinat PKK/PYD-nin SDQ ilə birbaşa əlaqəsini bir daha təsdiqləmiş oldu.
SDQ adı PKK/PYD, ya da YPG-nin qanuni siyasi tərəf sifətilə danışıqlar masasına oturdulması məqsədilə ortaya atılıb. Təşkilatın 2015-ci il oktyabrın 12-də digər kiçik təşkilatları ətrafında birləşdirilməsi nəticəsində yaradılan SDQ – Suriya Demokratik Qüvvələri yaraqlılarının və rəhbərliyinin böyük əksəriyyətini PKK/PYD təşkil edir.