SDQ-dan Rusiyaya: Təklifi dəyərləndirməyə hazırıq

Baxış sayı:
14659

Suriya Demokratik Məclisi Rusiyanın Suriyada normallaşma prosesi üzərində çalışacaq bir qrupun yaradılması təklifini dəyərləndirməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bunu sputnikə açıqlamasında Suriya Demokratik Qüvvələrinin ABŞ-dakı missiyasının həmsədri Bassam İshaq deyib. O bildirib ki, Rusiya rəsmilərinin hər cür təkliflərini dəyərləndirməyə razıdır:
"Rusiyanın Suriyada önəmli siyasi gücü var. Bir neçə dəfə Moskvaya səfər etdik. Suriya problemi ilə bağlı ABŞ, Rusiya və digər bütün tərəflərlə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik"