​Əsədin və Putinin bombalarından xilas olan Hələb sakinləri şaxtadan donur

Hələb sakinləri və Bəşər Əsədə qarşı döyüşən müxalifətçilərin təxliyyəsi sona çatır. BMT-nin məlumatına görə ötən həftə 35 minə yaxın adam bu şəhəri tərk edib. Bombardmandan canlarını qurtaran adamlar indi də təbiətlə üz-üzə qalıblar – qar, buz və gecələr 0 dərəcəyədək enən hərarət.