Əsədin təcavüz otaqları: “Hər gecə ən GÖZƏL QIZLAR SEÇİLİR...”

Baxış sayı:
23302

Suriyada Bəşər Əsədin həbsxanalarında saxlanılaraq təcavüzə məruz qalan, işgəncə görən qadınlar, yaşadıqları cəhənnəmi mediaya söyləyiblər. Suriyanın Şərqi Guta bölgəsindən olan bir qadın, bir qız uşağına otaqdakı hər kəsin gözü qarşısında 6 nəfərin təcavüz etdiyini, qızın aparılıb, bir daha geri qayıtmadığını bildirib. Dörd uşaq anası Məryəm adlı bir qadın həbsxanadakı təcavüz otağından bəhs edir: "Hər səhər işgəncə, axşam isə təcavüz olunurdu. Heç kim bizi eşitmədi. Komandir Süleyman vardı, ən gözəl qızları seçib otağına gətirdərdi. Ofisində iki otaq vardı. Arxa otaq təcavüz otağı idi".
 
 Məryəm, gördüyü işgəncə və təcavüz cəhənnəmindən sonra yaşadıqlarını belə izah edib:
“Sorgu otağı tək çarpayıdan ibarət bir yer idi. İşgəncənin sərhədi yoxdur. Saat gecə 12-dən sonra nələr baş verirdi, bir bilsəniz. Komandir Süleyman, ən gözəl qızları seçib otağına gətirdərdi. Ofisində iki otaq vardı. Arxa otaq təcavüz otağı idi. Allah üçün etmə, deyərdim. Allah yoxdur, deyərdi. Peyğəmbər üçün etmə, deyərdim. O izindədir, deyərdi. Kim daha şirindir? Azad Suriya Ordusumu, bizmi, deyə iyrənc suallar verərdi. Təcavüzə məruz qalan bir qız hamilə qaldı. Hamilə ola ola da təcavüzə məruz qalırdı. 6-cı ayında doğuş keçirdi. Uşağını gözünün önündəcə güllələyib öldürdülər. O qız ağlını itirdi. İndi ailəsi onu iplə bağlayır. Başqa bir dostum 3-ci sinif tibb fakültəsinin tələbəsi idi. Subaydı. Ona da təcavüz edilib. Səfirə bölgəsindənn Əhməd - deyə bir gənc vardı, bizim yalvarışlarımızı eşitdikcə ağlayardı. Hər gün səhər işgəncə verilirdi, axşam isə təcavüz olunurdu. Kimsə bizim səsimizi eşitmədi. Nə etdik ki, biz? Sadəcə yaralılara yardım etmişdik. Mühasirə altında olan ailələrə ərzaq göndərmişdik".
“Səsimizi çatdırmaq üçün yalnız Rəcəb Tayyib Ərdoğan atamıza müraciət edirəm. Hər kəsə səsimizi çatdırmışıq, ABŞ-a, insan haqları təşkilatlarına, amma heç kim bizim səsimizi eşitmədi. Ərdoğan bu işgəncələrdən sonra sərbəst buraxılan qadınlara kömək əli uzatsın". Hələ də içəridə işgəncələrə məruz qalan yoldaşlarından narahat olduğunu söyləyən Məryəm, onların unudulmaması lazım olduğunu vurğulayıb.
Müxalifət.az