Əsədin qohumları Moskvada obyektlər alır: 40 MİLYON DOLLAR...

Baxış sayı:
202

Suriya prezidenti Bəşər Əsədin ailə üzvləri müxtəlif illərdə Moskvada 19 elit daşınmaz əmlak obyekti alıblar.
Muxalifet.az
Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Faynənşıl Tayms” yayıb.
Əsəd ailəsinin daşınmaz əmlakının 40 milyon dollar olduğu vurğulanıb. Əmlakın 2013-2019-cu illər arasında əldə edildiyi qeyd edilib. Obyektlərdən 13-nün Bəşər Əsədin yaxın qohumu Hafiz Mahluf və onun nəzarətindəki şirkətlər tərəfindən əldə edildiyi bildirilib. Daha iki obyektə isə Əsədin digər qohumunun həyat yoldaşının sahib olduğu söylənilib.