Əsədin məşhur generalı öldü

Suriya ordusunun ən məşhur generallarından biri olan İssam Zöhrəddin həlak olub. 
Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik Zöhrəddinin mina partlaması nəticəsində həyatını itirdiyini bildirib. 
Qeyd edək ki, Zöhrəddin Deyr əz-Zorun müdafiəsinə cavabdeh olub. Suriya müharibəsinin başlanğıcında isə o, Respublika Qvardiyasının bölüklərinə rəhbərlik edib və Dəməşq ətrafındakı məhəllələrin terrorçulardan təmizlənməsinə başçılıq edib.