Əsədin Afrin TƏŞƏBBÜSÜNÜN ŞİFRƏLƏRİ

Baxış sayı:
3592

Əsəd rejiminə bağlı silahlı qrupların Afrinə girmə həmləsi, Türkiyənin terrorla mübarizəsinə heç vaxt mane ola bilməz. Onsuz da təşəbbüsdə olan qrupun daha ilk artilleriya atəşində geri qaçması bunu göstərdi. Bəs o zaman bu addım nə üçün atılıb?
 
Haber7 / Taha Dağlı
 
1.MƏQSƏD “ZEYTUN Budaği” HƏRƏKATINI SONA ÇATDIRMAQ OLA BİLƏRMİ?
 
Əsədin və ya Əsədi istiqamətləndirən iki qüvvə olan Rusiya və İranın, Türkiyənin “Zeytun Budağı” hərəkatına baxış bucaqları bir qədər fərqlidir. Rusiya buna mane olmadı. İran isə narazılığını ilk mərhələdə dilə gətirdi. Ancaq iki tərəf də Əsədə bağlı silahlı milisləri Afrinə göndərməklə  “Zeytun Budağı” hərəkatının dayandırılmayacağının fərqindədir. Türkiyə belə bir təhdidlə geri çəkilməyəcəyi o qrupların şəhərə girməyə çalışdığı ilk dəqiqədə özünü göstərdi.
 
2.RUSLARIN DƏMƏŞQLƏ DİALOQ ÇAĞIRIŞI, AFRİNƏ MİLİS GÖNDƏRMƏKLƏ BAĞLIDIR
 
Rejimə bağlı milislərin Afrinə girməyə çalışdığı gün Rusiya, Ankaraya sərhəd təhlükəsizliyi üçün Dəməşqlə dialoq qurulması istiqamətində tövsiyə etdi. Afrində PKK-nın sonu gəldi, bu birmənlıdır. Ruslar, PKK-dan sonra Afrində Türkiyə ilə mümkün bir böhran yaşamaq istəmir. Çünki ortada İdlib məsələsi var. Və Rusiya İdlib məsələsində Türkiyəni qarşısına alaraq öz adına müsbət addım atmaz. Bu səbəblə mümkün çətinliklərin qarşısını almaq istəyirlər. "Bunun yolu da Ankara ilə Şamı yaxınlaşdırmaq" ola bilər deyə, düşünürlər. Məqsədləri Afrini Suriyanın ərazi bütövlüyü prinsipi çərçivəsində, PKK terrorçularının çəkilməsi ilə rejimin nəzarətinə buraxmaqdır. Bunu edərkən də Türkiyə ilə Dəməşq arasında bir dialoq kanalı açılmasını təmin etmək istəyirlər.
 
3.RUSYA ÜÇÜN PKK NƏ İFADƏ EDİR?
 
Rusiya Suriyanı arxa bağçası kimi görür. Yiyələndiyi torpaqlarda, PKK-nın tamamilə ABŞ nəzarətində olmasından narahat olduğu qətidir. Rusiyanın PKK-PYD ilə hər zaman bir könül bağları vardı. Ancaq ABŞ, PKK-nın Ruslarla əlaqəsini demək olar ki, kəsdi. Rusiya, bu terror təşkilatının bütövlükdə ABŞ nəzarətində olmasına hər zaman qarşı çıxıb. Fəratın şərqindəki bölgələrdə ABŞ-PKK əlaqəsinə müdaxilə edə bilmədikləri üçün heç olmazsa, Fəratın qərb tərəfindəki Afrində belə bir əlaqənin olmasını istəmir.
 
4.RUSLAR ÜÇÜN AFRİNDƏ ƏSAS OLAN NƏDİR?
 
“Zeytun Budağı” hərəkatına qədər Afrində az sayda Rus əsgərinin varlığı davam edirdi. Əsgərlərini çəkdilər. PKK-nın da buna əks reaksiyası oldu. Ruslar, hava məkanını açıq saxlayaraq, “Zeytun Budağı” hərəkatına dəstək verdilər. Amma Rusiya Afrində ABŞ nəzrətində PKK istəməyəcəyi kimi, rejimə müxalif ASO varlığından da narahat olur. Onlara görə, Afrin problemi, PKK-nın çəkilməsi və bölgənin rejimə buraxılması ilə həll oluna bilər.
 
5.RUSLAR BUNU İYUL AYINDA PKK-ya SÖYLƏMİŞDİ
 
Afrin hərəkatından aylar öncə Ruslar, PKK-PYD terror təşkilatına "Türkiyə buraya əməliyyat keçirə bilər, bu halda biz səssiz qalacağıq, yaxşısı budur ki, siz indidən çəkilin və Afrini rejimə təhvil verin" demişdi. İyul ayındakı bu təklifə terror təşkilatı "yox" cavabını vermişdi.
 
 6.PKK AFRİNDEN ÇƏKİLSƏ
 
PKK ilə Əsəd rejimi daha əvvəllər bir çox dəfə əməkdaşlıq edərək müvəqqəti ittifaq qurdular, bəzən də toqquşdular. Bu baxımdan, Türkiyə onların heç birisinə güvənmir. Çünki PYD-ni bu günə gətirən Əsəd rejimi oldu. Amma hazırda Türkiyə Afrini addım-addım izləyir. PKK  ilə birlikdə Əsəd rejiminin həmlələri də təqib altındadır. Əgər PKK ilə rejim, "biz razılaşdıq, rejim qalır, PKK çəkilir" - deyib, “Zeytun Budağı” hərəkatının dayandırılmasına rəvac verərsə, Türkiyə bunun yüz faiz təminatını istəyəcək və təqibçisi olacaq. Təminatçı olaraq Rusiya və İranın sözləri də Türkiyə üçün yetərli olmaya bilər. Bu səbəblə də belə bir vəziyyət olsa belə, bir proses tələb edir.
 
7.PKK ÇƏKİLSƏ, TÜRKİYƏ HANSI ADDIMI ATACAQ?
 
Türkiyə, PKK təhdidini Afrin mərkəzi daxil sərhədlərdən uzaqlaşdırsa, o bölgələrə daimi olaraq ASO yerləşər, qalan hissədən də PKK Fətatın şərqinə çəkilir. Bütün bu mərhələlər Türkiyə tərəfindən yoxlanacaq, sonra İdlibdəki kimi müşahidə nöqtələri yaradılacaq və Türk ordusu Afrin ətrafındakı PKK qruplaşmasının tamamilə dayandırıldığını və yenidən terrorçuların bu bölgələrə sızmalarının qarşısı alındığını zəmanət altına alsa, o halda Türkiyə konstruktiv addımlara müsbət cavab verə bilər. Çünki nəticədə Türkiyə Afrinə PKK terrorçularını təmizləmək üçün girdi. Türkiyənin prioriteti sərhəd təhlükəsizliyidir. Bu unudulmamalıdır ki, Türkiyə, Suriyanın ərazi bütövlüyünə hər zaman ən çox hörmət göstərən ölkə olub.
Müxalifət.az