Əsədin Afrinə girmək istəyən BİRLİYİNƏ ŞOK

Baxış sayı:
9070

Əsəd rejimi ilə PKK terror təşkilatı arasında anlaşmadan sonra Afrinə daxil olacağı iddia edilən Dəməşqə bağlı silahlı milislər, Hələbin şimalında Əl Zəhra bölgəsində toplaşıb. Türk əsgəri və ASO Əsəd milislərinin toplaşdığı regiona yaxın kəndlərdə əməliyyata başlayıb.
 
Afrinə girməyi planlaşdıran az sayda silahlı qrupun rejim ordusunun rəsmi əsgərləri olmadığı müəyyən olunub. Xalq Qüvvələri adı verilən silahlı milislər üçün Suriya rejimini yaxından tanıyan Suriya Türkmən Məclisinin qurucu sədri Ək Hafiz, bu milisləri "ayaq komandası" kimi dəyərləndirib. Bu silahlı milislərin 2 həftə əvvəl Deyruzzor şəhərində PKK terror təşkilatına qarşı əməliyyat apararkən, ABŞ tərəfindən bombalanan qrupa bağlı olduqları bəlli olub. ABŞ-ın o hücumunda Əsəd rejiminin 100 adamı öldürülmüşdü.
 
AFRİNƏ YAXIN BİR NÖQTƏ
 
Rejimin Xalq Qüvvələrindən ibarət az sayda bir qrup, Afrinin cənubunda Hələbin əl Zəhra bölgəsində gözləməkdədir. Bura Azez-Halep avtomobil yolunun tən ortasında yerləşir və Afrinin cənubundakı Mining hərbi bazasına də çox yaxındır.
 
ASO-dan CAVAB TƏDBİRLƏRİ
 
Türk əsgəri və Azad Suriya Ordusunun da rejim milisinin toplanma nöqtəsinə yaxın kəndlərdə əməliyyata başladığı bildirilir.
Şeyx İsa, Tel Rifat kimi kəndlər Afrin-Hələp avtomobil yolu üzərində yerləşir. Mümkün anlaşma halında rejim milisləri bu marşrutu istifadə edərək Afrinə girmələri ehtimal edilir. Bu səbəblə Azad Suriya Ordusunun bu bölgələrə əməliyyat başladığı məlumatı gəlir.
 
PKK İLƏ ƏSƏD REJİMİ HƏLƏ Kİ, RAZILAŞMA ƏLDƏ ETMƏMİŞDİR
 
Bu arada bölgədən gələn bir xəbərə görə, rejim ilə PKK terror təşkilatı arasında hələ də tam olaraq razılıq əldə olunmayıb. Terror təşkilatına yaxın mənbələr, təbliğata baxmayaraq arada hələ anlaşılmayan məqamların varlığını və rejim güclərinin Afrinə daxil olmadığını deyir.
Müxalifət.az