Əsəddən Obamaya Netanyahunu təəccübləndirən məktub

Baxış sayı:
484

Bəşşar Əsədin, İsraillə sülh danışıqları aparmaq məqsədilə keçmiş ABŞ prezidenti Barak Obamaya gizli bir məktub göndərdiyi ortaya çıxıb.
 
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri xatirələrini qələmə aldığı "Hər gün qeyri-adidir" adlı kitabında, 2010-ci ildə Əsədin İsrail ilə sülh danışıqlarına vasitəçilik etməsi üçün prezident Obamadan kömək istədiyini bildirib.
Kerri kitabında Əsədin Obamaya, "İsrailin 1967-dəki müharibədən sonra işğal etdiyi Holan Təpələrini Suriyaya təhvil verdiyi təqdirdə Suriya rejiminin bəzi addımlar atmağa hazır olduğunu” yazıb.
 
NETANYAHU TƏƏCCÜBLƏNMİŞ
 
Əsədin məktubunu İsrailin baş naziri Binyamin Netanyahuyla da paylaşdığını yazan Kerri, Netanyahunun Əsədin təklifinə "təəccübləndiyini" bildirib.
Kitabda, Əsədin məktubundan sonra 2011-ci ilin ilk aylarına qədər ABŞ-ın vasitəçiliyində "İsrail ilə Suriya rejimi rəsmiləri arasında danışıqlar aparıldığı", ancaq bu müzakirələrdə irəliləyiş olmadığı qeyd edilib.
 
ƏSƏD VERDİYİ SÖZÜ TUTMADI
 
ƏsədinSuriya ilə İsrail arasında sülh yaranması üçün əvvəlki illərdə aparılan cəhdlərin uğursuzluqla nəticələnməsinə baxmayaraq, Təl-Əviv rəhbərliyinin anlaşma məsələsində istəkli olduğunu da yazan Kerri, Vaşinqton rəhbərliyinin danışıqlar üçün ciddiliyini aydınlaşdırmaq məqsədilə Əsəddən Suriya rejiminin Hizbullaha silah verməyə son verməsi kimi bəzi etimad yaradıcı tədbirlər almasını istədiyini, ancaq Əsədin verdiyi sözləri tutmadığını ifadə edib.
 
ÇOK ASANLIQLA YALAN DANIŞIR
 
Əsəd rejiminin Suriyada törətdiyi qırğınlara toxunan və Bəşşar Əsədi hədəfə alan Kerri, kitabda bu ifadələri işlədib:
“Dörd metrə yaxınlığınızda oturarkən üzünüzə qarşı yalan söyləyən bir adam öz xalqını ölümə göndərəndən sonra dünyaya da asanlıqla yalan danışa bilər".
 
OBAMANIN BURAXDIĞI AÇIQ YARA: SURİYA
 
Kerri həmçinin, Suriyanı Obama rəhbərliyinin özündən sonra buraxdığı "açıq yara" kimi qiymətləndirərkən, Suriya məsələsini hər gün düşündüyünə kitabında yer verib.
Müxalifət.az