​Səddamın sağ qolu üzə çıxıb müharibə ELAN ETDİ: 3 il əvvəl öldürülmüşdü

Baxış sayı:
3376

2015-ci ildə öldürüldüyü deyilən İraqın keçmiş lideri Səddam Hüseynin sağ qolu İbrahim əl-Durinin sağ olduğu ortaya çıxıb.
İzzət Duri Feysbuk sosial şəbəkəsində bir video dərc ilə müraciət edib.
BAAS partiyasının 71-ci ildönümü münasibətilə video yayımlayan əl-Duri İranın Yaxın Şərqə müdaxiləsini pisləyib və Səudiyyə Ərəbistanından kömək istəyib. İraq hökumətindən BAAS üzvlərinin azadlığa buraxılmasını tələb edən əl-Duri əks təqdirdə Bağdada qarşı müharibəyə başlayacağını bildirib.
Qeyd edək ki, onun 17 aprel 2015-ci ildə İraq ordusu ilə İŞİD terror təşkilatı arasında baş verən qarşıdurmanın gedişatında Tikrit şəhərinin şərqində yerləşən Hemrin dağlarındakı Allas neft yataqlarının yaxınlığında öldürüldüyü bildirilirdi. Bağdad onun cəsədinin fotoşəkillərini dərc etmişdi.
Onun öldürülməsinə görə məsuliyyəti isə İraq ordusunun tərəfindən vuruşan şiə “Asaib əl-Hakk” briqadaları üzərinə götürmüşdü.
Əl-Durinin videosunun yayılmasından dərhal sonra vikipediya onun ölüm tarixini silib./Publika.az