“Səddamı devirməklə səhv etdik, İrana hücum etməliydik” – Avropalı siyasətçi

Baxış sayı:
7852

Danimarkanın Xalq Partiyasının sözçüsü Sren Espersen ölkəsinin 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsində iştirakını səhv adlandırıb. İmmiqrant əleyhdarı siyasətləri tanınan ifrat sağçı Xalq Partiyası, 2003-ci ildə Danimarka Parlamentində İraqa əsgər göndərilməsi məsələsində dövrün liberal-mühafizəkar koalisiya hökumətinə dəstək vermişdi.
 
Sren Espersen bir radio kanalına verdiyi müsahibədə, Səddam Hüseynin devrilməsinin bütün regionda qeyri-sabitliyə yol açdığını, İraqın işğalına dəstək verdiklərinə görə peşman olduqlarını deyib. Səhv ölkəyə hücum etdiklərini deyən Espersen, "İrana hücum etməliydik" deyib.
Espersen "Əlbəttə Səddam Hüseyni devirməməliydik və bütün bu drama yol açmamalıydıq. Liviyada Qəddafi və Misirdə Mübarək kimi dünyəvi liderlər Yaxın Şərqdə sabitliyi təmin edirdi. Hamısının devrilməsinə və bugünkü xaosun yaradılmasına kömək etdik" deyə söyləyib.
 
İsrailli kürəkəni İrana hücum edilməsini istəmiş
 
 Espersen "İsrailli kürəkənim da bunu hələ o zaman demişdi. İsraildə paraşutçudur. Səhv ölkəyə hücum edirsiniz. İrana hücum etməlisiniz, demişdi. Onu dinləmədim" deyib.
Danimarkada ötən həftə Kopenhagen Universitetinin tədqiqatçıları tərəfindən dərc olunan bir hesabat, o dövrdə Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu iddia edən informasiyanın təhrif edilmiş olduğunu ortaya qoymuşdu.
Hesabatda, dövrün Danimarka hökumətinin Vaşinqtonun əsas məqsədinin İraqda rejim dəyişikliyi olduğunu bildiyi qeyd edilir, hökumətin bu məlumatı ictimaiyyətdən gizlətdiyi ifadə edilmişdi.
Danimarka 2003-2007 illər arasında İraqdakı işğal prosesində 550 əsgərlə iştirak edirdi.
Müxalifət.az