"Səddamı devirib, İrana qapı açdıq" – ABŞ GENERALI

Məncə, hazırda Ağ Ev Şimali Koreya siyasətini müəyyən etməyə çalışır. Tramp üçün Suriya böhranı ikinci plandadır.
Bu sözləri ABŞ ordusunun təqaüddə olan generalı və NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandiri Uesli Klark deyib.
“Suriya böhranı, Ərəb baharı baş verəndə xeyli təəccübləndik. Tunis, Misir siyasətimizi müəyyən etməkdə çətinlik çəkdik. Daha sonra Suriyada vətəndaş müharibəsi başladı. Bəşər Əsəd qüvvələri bu fürsəti qiymətləndirməyə başladı. O dövrdə ABŞ-ın İraqda uğursuzluğa düçar olmasının səbəbi aydın idi: biz Səddamı devirərək, qapıları İran üçün açdıq. Bütün bunlar bizim üçün gözlənilməz nəticələr idi”, - Klark bildirib. Axar.az