​Səddam Qərbin dəstəyi ilə İranı BOMBALADI – Zərif

Baxış sayı:
5440

ABŞ və Avropa Birliyi İranın raket proqramı yaratmaq haqqını sual altına qoymamalıdır.
Bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb. Onun sözlərinə görə, ABŞ və AB regiona silah tədarükünü dayandırmalıdır:
“Regiona yüz milyardlarla dollar silah göndərib, İran raket proqramına qarşı çıxmağı dayandırın. İranın raket proqramı BMT Təhlükəsizlik Şurası tərəfindən məhdudlaşdırılmayıb. Bu proqram Səddam Hüseynin Qərbin dəstəyi ilə bizim ölkəni bombardman etməsi kimi hadisələrin təkrarlanmasının qarşısını almaq üçündür”./axar/