Səddam Hüseynin nəvəsi ilk dəfə danışdı: O gecə soyuq və çox qaranlıq idi..

Baxış sayı:
9505

 İraqın devrilmiş lideri Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil, "Səddamın Nəvəsi" adlı kitabı ilə bağlı verdiyi müsahibədə, "Mən İraq vətəndaşıyam və Səddam Hüseynin qızı Rağatdan olan nəvəsiyəm" - deyib.
 
İordaniyada Kanada Müəssisə və İqtisad Fakültəsində təhsil aldığını bildirən Kamil, ABŞ-ın 2003-də İraqı işğal edəndən sonra ailəsilə birlikdə ölkəni necə tərk etdiklərini söyləyib.
 "ABŞ qüvvələri İraqa daxil olanda bütün ailə üzvlərimiz, hamı uşaqları ilə birgə ölkəni tərk etdi" deyən Kamil, belə davam edib: "Ölkə tərk etdiyimiz gecə soyuq və həddən artıq qaranlıq idi. Səddamın qızları Rağad (anası) və Rananın uşaqları ilə birgə Mosulda olduqları xəbərləri sızdırılandan sonra ölkəni tərk etdik. Biz uşaqlar və qadınlar can təhlükəsizliyimiz  olmadığı üçün ölkəni İraq-Suriya sərhədindən yeriyərək tərk etdik. Bu bizim üçün böyük bir risk idi. Suriya qüvvələri orada insanların olduğunu anlasaydı, atəş açmaq səlahiyyəti vardı. Suriyada saylı günlər keçirdik. İraq pasportumuz yox idi və hər hansı bir şey düşünmək də çətin idi. Daha sonra İordaniya tərəfindən qonaq edildik. Bu günə qədər İraq pasportuna malik olmadığımız üçün bizə Ərəb pasportu verilib. Eləcə də aylıq maaş və ev verilib. Bu vəziyyət bu günə qədər davam edir. Mənim kimi evlənən və ya təhsil üçün xaricə gedənlər (digər nəvələr kimi) xaric".
 
HƏDƏLƏNİRİK
 
 Kamil Səddamın ailəsinin, xüsusən anası və onunla olan qardaşlarının bəzi tərəflərdən ölüm təhdidləri aldıqlarını ifadə edib.
İraqı tərk etmələrindən sonra İngiltərədən də "qonaq edilmə" təklifi aldıqlarını bildirən Kamil, "Ancaq bu təklif də digər ölkələr kimi, orada heç bir siyasi fəaliyyətlə məşğul olmama qarşılığında edilib" deyə söyləyib.
 
KİTABDA NƏDƏN DANIŞILIR?
 
 Səddamın nəvəsi Harir Hüseyn Kamil kitabında babası Səddam, ailənin qadınları və özünün Səddam ilə xatirəsinə yer verir. Kitabında ABŞ işğalının ilk dövrünə dair xatirələrini də yazan Kamil, son hissədə də babasının edamına toxunur.
Kamilin "Səddamın Nəvəsi" kitabı ötən aylarda Birləşmiş Ərəb Əmirliklərinin Şarika şəhərində keçirilən 37-cu Beynəlxalq Kitab Sərgisində təqdim olunub.
Müxalifət.az