Əsəd və Rusiya İdlibə təkrar hücum etdi: FRANSA HƏDƏLƏDİ

Baxış sayı:
6154

Anadolu Agentliyi yerli mənbələrdən aldığı məlumata görə, Əsəd rejimi, səhər saatlarında İdlibin Temania, Tfü, Breysa və Huveyin kəndlərinə artilleriya hücumu təşkil edib.
Mülki yaşayışları hədəf alan hücumlarda bir mülki vətəndaş həlak olub, ikisi yaralanıb.
 
RUS QIRICILARI DA HAMANI VURUB
 
Rusiyaya məxsus 3 döyüş təyyarəsi Hamanın şimalına hava hücumu təşkil edib. Təşkil olunan hücumların fotoları sosial mediadan dərc olunub.
 
FRANSADAN TƏHDİD
 
Fransanın baş qərargah rəisi də, İdlibdə kimyəvi silah istifadə edildiyi təqdirdə, Suriyadakı hədəfləri vurmağa hazır olduqlarını deyib.
Fransa ordusundan edilən açıqlamada, "İdlib döyüşündə kimyəvi silah istifadə edildiyi təqdirdə hədəfləri vurmağa hazırıq" deyilib.
 
İLK HÜCUMDA ÇOX SAYDA VƏTƏNDAŞ HƏYATINI İTİRMİŞDİ
 
İki gün əvvəl də İdlibin qərbi və cənub-qərbinə Rus döyüş təyyarələrinin təşkil etdiyi hücumlarda 10 nəfər həyatını itirmiş, 20 nəfər yaralanmışdı.
Müxalifət.az