Əsəd və PKK/YPG-dən çirkli neft razılaşması

Baxış sayı:
10795

Suriyada maye yanacaq böhranı yaşayan Bəşşar Əsəd rejimi neft qaynaqlarının təxminən 70 faizini işğal edən terror təşkilatı YPG/PKK ilə yeni neft razılaşması edib.
 
Yerli qaynaqlardan əldə edilən məlumata görə, maye yanacaq böhranını aşmağa çalışan Əsəd rejimi ilə terror təşkilatı YPG/PKK xam neft satışı mövzusunda razılaşıb.
Razılaşmağa görə, YPG/PKK İraq sərhədinə hakim Deyrizorun şərq çölündə yerləşən Tanak neft sahəsindən çıxardığı xam neftin 1 barelini 41 dollardan Əsəd rejiminə satacaq.
Ölkədəki bütün neftayırma zavodlarının nəzarətini əlində tutan rejim gücləri, xam nefti emal edərək maye yanacaq böhranını həll etmək istəyir.
Qeyd edək ki, YPG/PKK və Əsəd rejimi keçən il iyun ayında Deyrizorda terror təşkilatının işğalında olan ən böyük yataqlardan Əl Ömərdən çıxardılan nefti dəyişdirmə mövzusunda razılaşma əldə etmişdi.
Eyni zamanda, rejim və YPG/PKK təxminən iki il əvvəl Suriyada təşkilatın işğal etdiyi Hasəkədəki sahələrdən çıxarılan neftin gəlirini paylaşma qərarı almışdı.
ABŞ-ın dəstəklədiyi terror təşkilatı Suriyada neft qaynaqlarının təxminən 70 faizini işğal edib.
 
Deyrizordakı enerji qaynaqları
 
İraq sərhədinə hakim Deyrizor rayonu ölkənin ən böyük enerji qaynaqlarına sahibdir. Şəhəri ikiyə bölən Fərat çayının şərqində Suriyanın ən böyük neft sahələrini meydana gətirən 11 yataq yerləşir.
Bu neft sahələri təxmini hesablamalara görə, Suriyanın enerji qaynaqlarının təxminən üçdə birini meydana gətirir.
Terror təşkilatı Deyrizorun şimal-şərq çölündəki ən böyük qaz təsisi Konikonu 23 sentyabr 2017-də ələ keçirmiş, 22 oktyabr 2017-də də Suriyanın ən böyük neft sahəsi Əl Öməri işğal etmişdi.
Müxalifət.az