Əsəd türkmənlərə hücum etdi: 10 ölü, 3 yaralı

 Bəşər Əsədə sadiq olan hərbi qüvvələr Suriyada Türkmən dağı bölgəsinə raket zərbələri endirib.
 
Türkmən dağı ərazisində yerləşən Zeytinluq kəndi ətrafında mövqe tutan müxalifətçi türkmənlər raket zərbələrinə məruz qalıb.
Hücum zamanı 10 nəfər türkmənin öldürüldüyü, 3 nəfərin isə yaralandığı bildirilir.
Məlumatda vurğulanır ki, raket zərbələrinin səsi Türkiyə ərazisində - Yayladağda eşidilib. Hazırda Əsəd ordusunun hücumları davam edir.