​Əsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – NOYERT SUSDU...

Baxış sayı:
8587

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Əsəd rejiminin Türkiyəyə müdaxiləsi ilə bağlı suala cavab verə bilməyib.
Muxalifət.az xəbər verir ki, o, jurnalistin “PKK-PYD terror təşkilatı Əsəd rejimi ilə birləşib Türkiyəyə hücum etsə, sizin mövqeyiniz nə olacaq” sualını cavablandırmaqda çətinlik çəkib.
“İki, hətta üç ehtimala dayanan bir suala cavab verməyəcəyəm”, - Noyert bildirib.
Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd rejim qüvvələrinin Afrinə girdiyini açıqlamışdı.