Əsəd Süleymanini ordenlə təltif etdi - ÖLÜMÜNDƏN SONRA

Baxış sayı:
3039

Suriya Prezidenti Bəşər Əsəd yanvarın 3-də ABŞ-ın raket zərbələri nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymaniyə ölümündən sonra “Şərəf” ordeni verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Suriyanın Baş Naziri İmad Hamis İranın vitse-prezidenti Eshaq Cahangiri ilə görüşündə məlumat verib.

“Bu ordenlə təltifetmə Suriya Prezidentinin general Süleymaniyə və onun İrandakı qardaşlarına dərin hörmətin əlamətidir”, - deyə Hamis vurğulayıb.