Əsəd sükutu pozdu: “Müharibə yeni bir ölçü qazandı”

Baxış sayı:
4282

2011-dən bu yana yüz minlərlə öz insanını qətlə yetirən Bəşər Əsəd, "Suriyaya qarşı müharibə, kökündə blokada və iqtisadi müharibənin olduğu yeni formalar almağa başlayıb" deyib.
 
Əsəd açıqlamasında, Suriyaya qarşı müharibənin yeni bir ölçü qazandığını, fərqli müstəvidə mübarizə aparıldığını deyib: “Suriyadakı müharibə əsasında blokada və iqtisadi müharibənin olduğu yeni şəkillər almağa başladı. Beynəlxalq siyasət vasitələri bu gün dəyişdi. Daha əvvəl dialoq yolu ilə həll edilən münaqişələr indi başqa yollarla həll edilir. Boykot, səfirləri geri çağırma, iqtisadi blokada, terrorizmin istifadəsi kimi müxtəlif üsullar istifadə edilir".
Terrorizmin böyük sahələri əhatə etdiyini, ifrat fikirlərin məsafələrə baxmayaraq dünyanın dörd bir tərəfinə yayıldığını söyləyən Əsəd, terrorla mübarizənin yalnız hərbi baxımdan ibarət olmadığını, döyüşçülərin ideologiyasına qarşı çıxmağın daha çox əhəmiyyət daşıdığını bildirib.
Müxalifət.az