Əsəd əsgərləri qənimət üçün BİR-BİRİNİ ÖLDÜRDÜLƏR

Baxış sayı:
5500

Əsəd milisləri arasında Deyrizzorda atışma olub.
 
Suriyanın Deyrizzor şəhərində Əsəd rejiminin dördüncü korpus daxilindəki əsgərlər arasında qarşıdurma yaranıb.
Mənbələrdən alınan məlumata görə, bir rejim milisi dördüncü korpusda olan "dövlətin atası" ləqəbli Malik Fethiyə atəş açaraq öldürüb.
Malik Fethinin öldürülməsi ilə milislər arasında qarşıdurma başlayıb. Nəticədə bir çox Əsəd milisi ölüb. Bu qarşıdurmada bir mülki şəxs də həyatını itirib.
Hadisənin şahidlərinə görə, qarşıdurma, Deyrizzorda sahibsiz evlərə soxulub, qiymətli əşyaların qəsb edilməsi üstündə baş verib. Məlumata görə, hansı tərəfin ilk olaraq bu qənimətləri qəsb edəcəyini razılaşdıra bilmədikləri üçün bir-birilərini öldürüblər.
Qeyd edək ki, dövlətin atası ləqəbli Malik Fethi, gəncləri Əsəd tərəfinə çəkməklə və evlərdən dəmir, mis və alüminium oğurlamaqla tanınırdı.
Müxalifət.az