Əsəd Rus HƏRBİ BAZASINA SIĞINDI

Baxış sayı:
3133

İngilis və Amerika qəzetləri, Şam rejimi ABŞ-ın Rus hərbi bazalarını vurmayacağını düşündüyü üçün təyyarələr və vertolyotları Rusiya bazalarına yerləşdirib. “Guardian” qəzeti, Əsədin hərbi konvoylarının Qərb Livan sərhədinə doğru getdiyini də yazıb. Digər tərəfdən, Əsədin prezident sarayından ayrıldığını və Rus hərbi bazasına sığındığını da iddia edib.
 
ABŞ prezidenti Donald Tramp Ağ Evdəki Suriya yığıncağında son qərarını verməyib, ancaq Britaniyanın baş naziri Teresa Mey kabinəsindən hərbi əməliyyat səlahiyyətini alıb.
Suriya rejimi isə mümkün bir müharibəyə hazırlaşır. Amerikalı və İngilis qəzetlərində Bəşər Əsəd rejiminin Amerika hücumundan qorxduğu üçün rus bazalarına döyüş təyyarələri və vertolyotlarını yerləşdirdiyini yazıb.
Digər tərəfdən, ABŞ mətbuatı, Əsədin Rus əsgərlərinin iştirakı ilə Şamdakı prezident sarayından ayrıldığını və Rusiyanın Lazkiyenin cənub-şərqindəki Hmeymim Hava Bazasına sığındığını iddia edib.
Pentaqondan qəzetlə danışan bir səlahiyyətli, Əsədin, bəzi təyyarələr və vertolyotlarını Rus hərbi bazalarına yerləşdirdiyini söyləyib. Şam rejimi ABŞ-ın Rusiya bazasını vurmaqdan çəkinəcəyini düşünür.
Müxalifət.az