Əsəd rejiminin bazalarına atılan RAKETLƏRİN MƏNBƏYİ BƏLLİ OLDU

Baxış sayı:
5140

Suriyada Tayfur hərbi hava limanına hücum həyata keçirilib. Hücumda İranlı qüvvələr də daxil, 14 nəfər həyatını itirib. Rusiya Müdafiə Nazirliyi, hücumun İsrail tərəfindən edildiyini, Livan hava sahəsindən 8 raket gəldiyini və 5-nin zərərsizləşdirildiyini bildirib.
 
Əsədin Xüms hərbi bazasına hava hücumu təşkil olunub. Fransa və ABŞ hava hücumu təşkil etmədiklərini açıqlayıb.
Rusiya isə hücumun İsrail tərəfindən təşkil olunduğunu, iki İsrail döyüş təyyarəsinin həva bazasını vurduğunu irəli sürüb.
Suriya dövlət televiziyasına əsaslandırdığı xəbərində hava bazasının yaxınlığında şiddətli partlayış səslərinin eşidildiyi, bazanın bir çox raket tərəfindən hədəf alındığı bildirilib. Suriya qüvvələrinin hücuma qarşılıq verdiyi də gələn məlumatlar arasındadır.
 
ABŞ hücum siqnalı vermişdi
 
Suriya hava bazasına hücum təşkil olunarkən dünən ABŞ-ın verdiyi açıqlamalar yada düşdü. ABŞ prezidenti Donald Tramp, Şərqi Gutadaki təcavüzdən Əsəd rejimini məsul tutmuş və rejimin böyük bədəl ödəyəcəyini demişdi. Tramp, Əsəd üçün "heyvan" ifadəsini işlədərkən Rusiya və İranı da Dəməşq rəhbərliyinə verdikləri dəstək üçün kimyəvi hücumda məsuliyyət daşıdığını bildirmişdi.
Müxalifət.az