Əsəd rejimindən xəbərdarlıq: “Geri çəkilən güllələnəcək”

Baxış sayı:
4897

Əsəd və müttəfiqlərinin may ayından bəri hücumlarını intensivləşdirdiyi Hama çölündə rejimə müxalif qruplar püskürtmə hərəkatı başladıb.
 
Hamanın şimalını rejim ordusu və İran dəstəkli terrorçu qruplardan təmizləmə məqsədiylə başladılan hərəkata 20 mindən çox müxalif döyüşçü qatılır. Vətən Cəbhəsinin sözçüsü Naci Mustafa şok basqınlarla rejim cəbhəsini böyük itkilərə məruz qoyduqlarını söyləyib. ‘Dahr əl-İdvan' (Təcavüzkarları Məğlub Et) adını verdikləri əməliyyatın 6 iyun günü topluca qılınan əsr namazından sonra başladığını və müvəffəqiyyətlə davam etdiyini qeyd edən Mustafa, rejim gücləri tərəfindən ötən ay işğal edilən Kefer Hud, Tel Mellah, Kurnaz, Hamamiyyat, Celme, Cideyd, Şeyx Hədid, Kurkat, Kefer Nebude, Mustariha, Tel Havaş və Kassabiye məskənlərini azad edəcəklərini bildirib. Əməliyyata bölgədəki bütün müxalif qrupların qatıldığını dilə gətirən Mustafa, bu məlumatları verib:
 
YÜZLƏRLƏ KÖNÜLLÜ VAR
 
"Dahr əl-İdvan” Hərəkatına heç bir qrupa daxil olmayan yüzlərlə insan da qatılır. Aralarında 16-17 yaşında gənclər və 60-70 yaşında qocalar da var. Bu könüllülər hücum riski az olan mövqelərdə fəaliyət göstərir. İdlib, Hama, Lazkiye və Halep çölündə verilən mübarizə tarixə keçəcək bir müqavimət əfsanəsidir. Rejimin quruda yaşadığı məğlubiyyətdən sonra Əsəd və Rus təyyarələrinin mülki insanların yaşadığı məskənlərə bombardmanı artırıb. Xan Şeyxunda cümə namazı vaxtı vurulan Rəhman Məscidi bu vəziyyətə ən dəqiq nümunədir. Ancaq yoldaşlarımızın əhvalı ən üst səviyyədədir. Şəhid olan hər müqavimətçinin yerini onlarlası doldurur. Bizim gedəcək heç bir yerimiz qalmadı və son qalamız da təslim olmayacaq".
 
Hücum davam edir
 
Döyüşü cəbhə xəttində izləyən “Yeni Şafak” jurnalistlərindən Ənəs Maravi Hamada xəstəxanaların rejim yaralılarıyla dolub daşdığını söyləyib. Maravi əməliyyatın ilk günü 250-dən çox Əsəd əsgəri və İran dəstəkli döyüşçünün öldüyünü, 380-dan çox yaralının da bölgədəki xəstəxanalarda müalicə olunduğunu qeyd edib. Maravi cümə axşamı və cümə günü yaşanan qarşıdurmalarda ölən və yaralananlar arasında Rus əsgərlərinin də olduğunu da qeyd edib. Bölgə hakimiyyəti baxımından kritik əhəmiyyətə sahib Tel Mellah qəsəbəsinin müxaliflər tərəfindən ələ keçərilməsindən sonraı Rus təyyarələri 22, Əsəd hava ünsürləri isə 71 hava hücumu reallaşdırıb. Əsəd əsgərləri, Şebbiha milisləri, İran dəstəkli terrorçular və Rus xüsusi təyinatlılarla müxalif qruplar arasında qarşıdurmalar kurnaz və Hammamiyet bölgələrində intensivləşib. Müxalif cəbhə qarşıdurmalarda 27 şəhid verdiklərini, 60 döyüşçünün də yaralandığı məlumatını paylaşıb. Müxaliflərin təkrar ələ keçərdiyi məskunlaşma yerinin sayı hələlik 8-ə çatıb. Rejim ordusu əsgərlərin cəbhə xəttindən qaçmalarının qarşısını almaq üçün döyüş mövqelərində "Geri çəkilən güllələnəcək" anonsu edir.
 
RUSLAR ORADAN ÇƏKİLDİ
 
Tel Mellah xəttinin müxaliflərə keçməsindən sonra Hamanın şimal çölündə Rusiyanın 5-ci korpusunun döyüşçülərinin olduğu qərargah boşaldılıb. Mənbələr Breydic Rus bazasında yerləşən 70-dən çox Rus əsgərinin cümə axşamı gecə yarısından etibarən bölgəni tank, top batareyası və raket qurğularıyla birlikdə tərk etdiyini bildirib. Müxaliflər ayrıca, əməliyyatın ‘Dahr əl-İdvan' adlı ilk mərhələsinin bitdiyini, bu gündən sonra Feth'ül Mübin adlı ikinci mərhələnin başladığını qeyd edib. Bu ərəfədə Türk Silahlı Qüvvələri də Suriyadakı hərbi bazalara xüsusi təyanatlı komandoları sövq edib.
Müxalifət.az