Əsəd rejimindən çirkin açıqlama!

Baxış sayı:
7126

Suriyada müxaliflərin əlində qalan son şəhər İdlibe hücum ediləcək iddiaları davam edir. İllərdir vətəndaş müharibəsi yaşayan Suriyada bu günə qədər yüz minlərlə insan Əsəd rejiminin hücumları ilə qətlə yetirilib.
 
İndi də müxaliflərin əlindəki son şəhər İdlibə hücum an məsələsidir. ABŞ, Fransa və Böyük Britaniya mümkün bir kimyəvi hücumun onlar üçün "qırmızı xətt" olduğunu bildirərkən, Rusiya isə bu ölkələrin kimyəvi təxribat ilə rejimə hücum hazırlığı etdiyini iddia edir.
 
REJİMDƏN ÇİRKİN AÇIQLAMA
 
Daha əvvəl dəfələrlə xalqına qarşı kimyəvi hücum təşkil edən rejimdən bütün bu proseslərin fonunda şok edici bir açıqlama verilib.
Heç bir zaman kimyəvi hücum etmədiklərini iddia edən Suriya xarici işlər nazirinin müavini Faysal Miktad, özlərini pişkin sözlərlə müdafiə edib. İştirak etdiyi televiziya proqramında Miktad, "Nəyə görə xalqımıza qarşı kimyəvi silah istifadə edək. Normal silahları istifadə etsək kifayətdir" deməklə, Əsəd hakimiyyətinin əli qanlı bir rejim olduğunu ortaya qoyub.
Müxalifət.az